bazar ertəsi 26 may 2025 - 19:37
Harvardın məzlum Fələstin xalqına dəstəyi ona baha başa gəldi.

Hövzə / ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti Harvard Universitetinə ayrılmış təxminən 60 milyon dollar federal büdcəni bloklayacağını açıqlayıb.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Tramp hökuməti Harvard Universitetinin Fələstin tərəfdarı tələbə etirazlarına kifayət qədər tədbir görməməsini səbəb göstərərək, bu universitetə ayrılmış təxminən 60 milyon dollar federal büdcə vəsaitini dayandıracağını açıqlayıb.

ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti 30 May tarixində X platformasında yayımladığı bəyanatda, “ali təhsildə vətəndaş hüquqlarının qorunması məqsədilə” Harvard Universitetinə ayrılmış təxminən 60 milyon dollar federal vəsaitin bloklanacağını bildirib.

Department iddia edir ki, Fələstin tərəfdarı etirazların baş verdiyi universitetlərdən biri olan Harvard antisemitizm və irqə əsaslanan ayrıseçkilik hallarına lazımi reaksiya verməkdə gecikib.

ABŞ hökuməti, universitetlərin büdcələrini və tədqiqatlarını azaldaraq, rəhbərliyə tələbələrin Fələstin tərəfdarı etirazlarının qarşısını almaq üçün təzyiq göstərir.

Tramp administrasiyası daha əvvəl də Fələstinlə həmrəylik məqsədilə universitetlərdə keçirilən tələbə etirazlarına işarə edərək, Harvard da daxil olmaqla bir neçə universitetin federal büdcəsinin bloklanacağı ilə hədələyib.

May ayının əvvəlində isə ABŞ Təhsil Nazirliyi Harvard Universitetinin Ağ Evin tələblərini yerinə yetirmədiyi müddət ərzində ona yeni federal büdcə vəsaitinin verilməyəcəyini açıqlamışdır.

Bundan əvvəl Ağ Ev, Harvard Universitetinin müxtəlif fondlardan aldığı 8,7 milyard dollardan artıq maliyyə yardımının vətəndaş hüquqları qanunvericiliyinə uyğun şəkildə istifadə olunub olunmadığını müəyyən etmək məqsədilə araşdırma aparılacağını bəyan etmişdi.

Federal təzyiqlərlə qarşılaşan Harvard Universiteti, Trampın universitet daxilində “islahatlar” aparılması ilə bağlı tələblərini rədd edib.

Eyni zamanda, bir neçə professor Tramp administrasiyasının Harvard Universitetinə ayrılmış federal büdcənin araşdırılması qərarına etiraz olaraq məhkəməyə müraciət ediblər.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha